Gənclər təşkilatları Milli Şurasının təşəbbüsü ilə “Fiziki qüsurlu uşaqlara qayğı” devizi altında tədbir həyata keçirilib. Modern.az-ın məlumatına görə, 5-15 yaş arasında 20 fiziki qüsurlu uşaq asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə Dənizkənarı Milli Parkda gəzintiyə aparılıb. Milli Şuranın üzvləri, uşaqların valideynlərinin iştirakı ilə baş tutan gəzinti zamanı fiziki qüsuru olan uşaqlar üçün müxtəlif əyləncələr təşkil edilib.
Aralarında ürək qüsurlu, əqli cəhətdən zəif, nitq qüsurları və.s olan uşaqların da olduğu qrup Milli Park ərazisində gəziblər. Uşaqların bir günlük gəzintisində əsasən aztəminatlı ailələrin uşaqları iştirak edib.
Modern.az