“Feniks” sağlam həyat təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Maariflən və sağlam yaşa” layihəsi çərçivəsində Hacıqabul şəhərindəki 1 və 5 saylı tam orta məktəblərdə seminar keçirilib.
Seminarın əsas gənclər və yeniyetmələr arasında narkomaniya, HİV/AİDS və digər cinsi yolla yoluxan infeksiyaların parofilaktikası və s. mövzuları əhatə edib. Tədbirdə “Feniks” sağlam həyat təbliği İctimai Birliyinin əməkdaşlarıı Ehtiram Paşayev və Xaliq İbrahimsoy, həmçinin Hacıqabul şəhər 9 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər.
Layihənin əsas məqsədi HİV infeksiyasının və narkomaniyanın fəsadları barədə Hacıqabul rayonunun yuxarı sinif şagirdlərini və müəllim kollektivini məlumatlandırmaq, bu bəlanın qarşısının alınmasında onları fəal mübarizəyə dəvət etməkdən ibarətdir.
Tədbir iştirakçıları mövzunun Hacıqabul rayonu üçün çox aktual olduğunu qeyd etməklə yanaşı, belə tədbirlərin və məlumatlandırma işlərinin rayonun bütün təhsil müəssisələrində, o cümlədən geniş əhali arasında mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, məruzəçilər narkomaniya və HİV/AİDS-lə bağlı rayonda olan vəziyyət barədə, ümumiyyətlə, HİV infeksiyası, onun yoluxma yolları və narkomaniya haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Modern.az