Modern.az

Qənirə Paşayeva Vyetnamın vitse- prezidenti ilə görüşdü

Qənirə Paşayeva Vyetnamın vitse- prezidenti ilə görüşdü

Aktual

4 İyun 2012, 15:32

Yunanıstanın paytaxtı  Afinada keçirilən Ümumdünya  Qadın Sammitində iştirak edən millət vəkili, AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin üzvü Qənirə Paşayeva sammit çərçivəsində Vyetnamın vitse-prezidenti xanım Nyuen Tşi Doan və onun rəhbərlik etdiyi heyətinin üzvləri ilə görüşüb.  Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.   Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva  sammit çərçivəsində keçirilən görüş zamanı Veytnam nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının  Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.
Millət vəkili Qənirə Paşayeva Veytnam nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və Vyetnamın vitse-prezidenti xanım Nyuen Tşi Doanı və Veytnam nümayəndə heyəti üzvlərini Azərbaycana dəvət edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı