
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələri iyunun 5-də saat 14:20-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. (burada - //tqdk.gov.az/orta2012net/)
Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
İyun ayının 2-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
| Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
| Ana dili (Azərbaycan bölməsi) | Rus dili (rus bölməsi) | Riyaziyyat | |
| 2 | 0-4 | 0-4 | 0-4 |
| 3 | 5-16 | 5-16 | 5-15 |
| 4 | 17-25 | 17-24 | 16-25 |
| 5 | 26-30 | 25-30 | 26-30 |
Modern.az