Modern.az

Klinton müxalifətlə görüşüb

Klinton müxalifətlə görüşüb

Aktual

5 İyun 2012, 15:41

Gürcüstanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton gürcü müxalifəti ilə görüşüb. Modern.az bildirir ki, görüşdə milyarder Bidzna İvanişvilinin rəhbəri olduğu “Gürcü arzusu” partiyası, Xrisitan–demokrat və “Yeni sağlar” partiyasının təmsilçiləri iştirak edib. Görüşdə əsasən payızda keçiriləcək parlament seçkiləri müzakirə olunub. Klinton bildirib ki, Gürcüstanda mətbuat azadlığı və inzibati rıçaqlardan istifadə ilə bağlı problemlər var.

“Klinton bildirdi ki, yalnız Gürcüstan xalqlarının seçmək huququ var və hamı bu huquqa hörmət etməlidir”-deyə görüşdə iştirak edən “Yeni sağlar” partiyasının sədri David Qamkrelidze bildirib. 

X. SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı