Modern.az

Azay Quliyev İtaliyaya gedir

Azay Quliyev İtaliyaya gedir

Aktual

5 İyun 2012, 16:56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.            

“Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar” mövzusunda keçiriləcək konfrans vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub. A.Quliyevin məruzəsi QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış Azərbaycan  təcrübəsini əhatə edir. 
Şuradan Modern.az saytına bildirilib ki, konfrans iyunun 6-dan 10-dək davam edəcək.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı