Modern.az

Hillari Klinton Bakıya gəldi

Hillari Klinton Bakıya gəldi

Aktual

6 İyun 2012, 14:05

ABŞ-ın dövlət katibi Hillari Klinton Сənubi Qafqaza səfəri çərçivəsində bu gün Bakıya gəlib. O, dünən Gürcüstanda, ondan öncə isə Ermənistanda olub, həmin ölkələrin rəhbərlərilə görüşüb.

Hillari Klinton Bakıda Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək. Dövlət katibinin səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

H.Klinton İrəvanda keçirdiyi mətbuat konfransı zamanı “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Helsinki Yekun aktının prinsiplərinə söykənməlidir. Hər harnsı prinsipi digərlərindən ayırmaq olmaz” deyiə bildirib.
“Mən tərəfləri güc nümayiş etdirməkdən çəkinməyə çağırmışam. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Problem yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Düzdür, bu münaqişənin daha geniş bir münaqişəyə çevrilməsi təhlükəsi var. Belə olarsa, bu bütün maraqlı tərəflər üçün faciəvi olacaq”-deyə Klinton bildirib. 

Dövlət katibi vurğulayıb ki, ABŞ Minsk qrupu ilə birgə problemin sülh yolu ilə həlli üçün bütün səylərini göstərir. Klintonun açıqlamları ABŞ-ın münaqişə ilə bağlı Ağ Evin yeni taktikasını hazırlandığını göstərir. Burada əsas hədəf danışıqlarda “söz sahibi” kimi çıxış edən Rusiyanın münaqişə tərəfləri arasında nufuzunu sarsıtmaqdır. Hər şeydən göründüyü kimi Ağ Ev Cənubi Qafqazla bağlı yeni plana stat vermək niyyətindədir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan