
İlhamə Qasımova musiqi kateqoriyası üzrə “EMMAwards” mükafatına namizəd olan dörd müğənni arasında hələki birincidir
Azərbaycanın populyar müğənnisi İlhamə Qasımovanın “Bei Mir Bist Du Scheen” mahnısı və bu mahnıya cəkilmiş klipi məşhur “EMMAwards” mükafatına layiq görülə bilər. Alman mətbuatının yaydığı xəbərə görə, 11 nominasiya üzrə veriləcək bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi “Bei Mir Bist Du Scheen” mahnısı və klipi ilə yanaşı “Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə daha üc namizəd də var. Bunlar Avropada məşhur olan Kay One feat. Mario Winansın - I Need A Girl Part 3, Deichkind - Bück Dich Hoch, Casper - So Perfekt –in ifa etdiyi mahnıları və bu mahnılara cəkilmiş kliplərdir. Məlumata görə, bu 4 ifacı arasında mükafatı almağa ən real namizəd İlhamə Qasımovadır. SMS səsverməsinə görə, hələki Azərbaycanlı müğənninin klipi 4 namizəd arasında öndə gedir.
Qeyd edək ki, mükafatlandırma mərasimi bu gün saat 19:00-da Almaniyanın paytaxtı Berlində keciriləcək. Beynəlxalq musiqi və media sənayesi “ELDANI MEDIA”-nın təşkil etdiyi gecədə musiqi sahəsi ilə yanaşı digər sahələrdə secilən, istedadlı insanlar mükafatlandırılacaq.
Müğənnimizin musiqi və klip kateqoriyası üzrə “ən yaxşılar” siyahısına düşüb-düşməyəcəyi bu gecə “EMMAwards” mükafatlandırma mərasimində bəlli olacaq. Azərbaycandan musiqi sahəsi üzrə bu mükafata ilk iddialı müğənni İlhamə Qasımova olduğundan, müğənnimizə uğurlar arzulayırıq.
Aytən Əliyeva