Modern.az saytının məlumatına görə, Azərbaycanın məşhur şairlərindən biri daim maraqlı açıqlamaları və davranışları ilə medianın gündəmində olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şeir həsr edib.
Bu, bir neçə il öncə həyatdan köçmüş mərhum şairin son şeiri olub. Modern.az Hacıbala Abutalıbova ithaf edilən həmin şeirdən bir parçanı təqdim edir.
Bugün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın gözəlliyin
Divanəsi Hacıbala.
İşindədir, gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala.
Qeyd edək ki, bu şairin kimliyi və onunla bağlı xatirə dolu maraqlı yazını bir qədər sonra saytımızda yerləşdirəcəyik.
Modern.az