Modern.az

Deputat Aqiyə Naxçıvanlı tələbələri yarışdıracaq

Deputat Aqiyə Naxçıvanlı tələbələri yarışdıracaq

Aktual

8 İyun 2012, 18:24


Modern.az
saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifləri ilə deputatın görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır.

Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.

Layihə bu dəfə 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlının verdiyi mövzu ilə davam edir. Millət vəkilinin təqdim etdiyi mövzu tələbənin mənəviyyatı, onun rüşvətsiz təhsili kimi məsələlərlə bağlıdır. O, qeyd edib ki, özü də təhsil işçisi olduğundan mənəviyyatlı, rüşvətsiz təhsil alan, təmiz tələbə görmək istəyir. Hesab edirəm ki,  “Əsl tələbə necə olmalıdır?" mövzusunda gənclərimizin fikirlərini bilmək maraqlı olardı.

Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna göndərə bilərlər.


Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı