Modern.az

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşdülər

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşdülər

Aktual

8 İyun 2012, 19:49


Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan Respublikasının Xarici İşlər Nazirlərinin (XİN) üçtərəfli görüşü keçirilib. Bu barədə XİN-nin mətbuat xidməti Modern.az-a məlumat verib. Nazirlikdən bildirilib ki, görüşdə çıxış edən Nazir Elmar Məmmədyarov açılış nitqində Türkiyə tərəfinə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Nazir regional əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və 3 ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarında oynadığı rolun əhəmiyyətindən irəli gələrək, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsindən danışan E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq və onun prinsipləri əsasında həllinin vacibliyini bildirib. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən nazir işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulamış işğalçı və etnik təmizləmə həyata keçirmiş və beynəlxalq hüquq normalarını pozan ölkə ilə əməkdaşlıq edilə bilməyəcəyini söyləyibr. E.Məmmədyarov bir sıra sahələrdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən nazir E.Məmmədyarov mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.   Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı