Ötən sutka ərzində ermənilər qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar. Bu barədə Modern.az-a Müdafə Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, Ermənistanın silahlı bölmələri iyunun 8-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Modern.az