Modern.az

Allahşükür Paşazadə İnquşetiyaya, oradan da Tatarıstana gedir

Allahşükür Paşazadə İnquşetiyaya, oradan da Tatarıstana gedir

Aktual

9 İyun 2012, 13:11

Hacı Allahşükür Paşazadə bu gün Şimali Qafqaza səfərə  gedir. Bu barədə Modern.az-a  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti məlumat verib. QMİ-dən bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə bu gün  RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti ilə Respublikanın yaranmasının 20 illliyinə həsr olunan  təntənəli mərasimlərdə iştirak etmək üçün Şimali Qafqaz Respublikasına səfər edəcək. Səfərdə Qafqaz müsəlmanlarının dini lideri A.Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edəcək.

İdarədən o da bildirilib ki, həmçinin QMİ sədri  Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da RF Tatarıstan Respublikasına səfər edəcək. Səfər Tatarıstan Respublikasının Prezidenti Rustəm Minnixanovun şəxsi dəvəti əsasında həyata keçiriləcək. Səfər zamanı Şeyxülislam A. Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı