Modern.az

Hansı banklar istehlak krediti verir?

Hansı banklar istehlak krediti verir?

Aktual

9 İyun 2012, 15:39

Soğrunun nəticəsi: banklarda bu xidmət növü yox dərəcəsindədir

Biznes kreditlərindən fərqli olaraq, istehlak kreditləri gəlir əldə etmək yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Dünyada istehlak kreditləri bütün təbəqələrin gündəlik həyatının ayrılmaz bir hissəsidir. Bir çox ölkədə istehlak kreditləşməsi prosedurası zaman-zaman təkmilləşdirilib. Azərbaycan vətəndaşları istehlak kreditlərindən demək olar ki, kənarda qalıb. Bəzən banklar bu kredit növünü müştəriyə təklif etmir, bəzi hallarda isə istehlak kreditlərinin şərtlərinin ağırlığı müştərini bu krediti götürmək fikrindən daşındırır. 

Modern.az banklar arasında qısa sorğu aparıb.

Azərbaycan Kredit Bankının kredit şöbəsinin müdiri İlqar Alıyev müştərilərə bu tip kreditin verildiyini deyir. Bu kreditlərin bir-iki il müddətinə verildiyini deyən şöbə müdiri bankın əsas kredit proqramını  məhz istehlak kreditlərinin tutduğunu bildirdi: “Bankın kredit sisteminin demək olar ki, 80 faizini istehlak kreditləri təşkil edir. Bu gün istehlak kreditlərini yalnız bir-iki bank verir. Ona görə də müştərilər bu sahədə müəyyən qədər çətinlik çəkirlər”.

“Bank Avrasiya” isə müştərilərinə yalnız biznes krediti verməklə kifayətlənir. Bankdan verilən məlumata görə, kreditlər siyahısında istehlak kreditinə yer ayrılmayıb.

“Ata Bank ” ASC-də isə kredit verilişi dayandırılıb. Bankın aparıcı mütəxəssisi Rüfət Aşırov bildirdi ki, maliyyə problemləri səbəbindən Səhmdar Cəmiyyət müştərilərinə yalnız biznes krediti təklif edir. Bu isə banka kifayət qədər vəsaitin daxil olmasından irəli gəlir. Ona görə də müştəri cəlb etmək üçün əlavə kredit verməyə ehtiyac qalmır.

“Kapital Standart” istehlak kreditlərini onlarla uzunmüddətli əməkdaşlıq edən və sabit maliyyəsi olan müştərilərinə verir: “Bəzən müştərilər kreditin verilməsində problem yaradırlar. Elə də olur ki, onlardan asılı olmayan səbəblərdən kreditin ödənilməsi uzanır. Ona görə də bu tip kreditləri bizimlə uzunmüddətli əməkdaşlıq edənlərə veririk”. 

“Azər-Türk Bank” ASC-də ev təmiri, məişət avadanlıqlarının alınması, turizm, müalicə, təhsil və digər şəxsi məqsədlər üçün kreditlər verilir. 

AccessBank-ın təklif etdiyi istehlak kreditləri vasitəsi ilə məişət texnikası, mobil telefonlar, kompüterlər, avtomobillər, eləcə də nəğd pul əldə etmək mümkündür.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı