Ötən illərdə orta məktəblərin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən keçirilirdisə, bu ildən prosesi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təşkil edir. İmtahanların gedişindən razı qalanlar da var, narazılar da...
Modern.az saytı hazırda gündəmin əsas mövzularından olan buraxılış imtahanlarının təşkili ilə bağlı sorğu keçirir. Sorğumuzda iştirak etmək istəyənlər saytımızın əsas səhifəsindəki “Sorğular bölməsində yerləşdirilən “Buraxılış imtahanları necə keçir” sualının mümkün cavablarından birini qeyd edə bilərlər.