Bu gündən metronun "28 May" stansiyasının əsas giriş-çıxışı bağlanıb. Modern.az saytı xəbər verir ki, yenidənqurma işləri ilə əlaqədar stansiyanın əsas giriş-çıxışından sərnişinlər iyunun 11-dən etibarən 3 ay müdddətinə buraxılmayacaqlar.
Bu müddətdə sərnişinlər "28 May" stansiyasının Azadlıq prospektindəki ikinci giriş-çıxışından, eləcə də, “Cəfər Cabbarlı” stansiyasının çıxışından da istifadə edəcəklər.
Bu gün səhər Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da hadisə yerində olub, müşahidələr aparıb. Metropoliten işçilərinə müvafiq göstərişlər verən T.Əhmədov deyib ki, qarşıdakı 3 ay müddətində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək.
Aytən Əliyeva