Modern.az

“Türküstan” qəzetinin yeni saytı fəaliyyətə başladı

“Türküstan” qəzetinin yeni saytı fəaliyyətə başladı

Aktual

11 İyun 2012, 13:57

Bu gün qəzetin nəşrə başlamasının 6-cı ili tamam olur

11 iyunda “Türküstan” qəzetinin nəşrə başlamasının 6-ci ili tamam olur. Bu gün qəzetin yeni saytı fəaliyyətə başlayıb. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın bildirdiyinə görə //turkustan.net/ saytı qəzetin bir müddət əvvəl dağıdılmış internet ünvanı əsasında qurulub.

Qeyd edək ki, ötən ilin mayında “Türküstan” qəzetinin saytı PKK tərəfdarları tərəfindən haker hücumuna məruz qalmışdı. “We are Kurdish and Muslim Hackers” adlı haker qrupu saytı dağıdaraq səhifədə PKK başçısı A.Öcalanın və uydurma “Kürdüstan”ın xəritəsi yerləşdirmişdi.

Yenidən fəaliyyətə başlayan sayt yalnız qəzetdə gedən yazılarla kifayətlənməyəcək, onlayn rejimdə fəaliyyət göstərəcək.

Saytın redaktoru Fuad Abdurrahmanlı, texniki redaktoru Gökbəy Uluçdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı