Modern.az

Müsavat funksioneri: “Bu YAP-ın monoloqlu iclası deyil ki, bir nəfər danışsın, hamı yalandan başını tərpətsin”

Müsavat funksioneri: “Bu YAP-ın monoloqlu iclası deyil ki, bir nəfər danışsın, hamı yalandan başını tərpətsin”

Aktual

11 İyun 2012, 15:40


İctimai Palatanın (İP) Kordinasiya Şurasının (KŞ) üzvü Pənah Hüseyn qurumun üzvlərini tənqid edib. O, İP-nin sənədlərinin müəyyən müddəalarına əməl edilməməsinə etirazını bildirib. Pənah Hüseyn hətta misal gətirərək bildirib ki, bu müddəalar sırasına İP-in prezidentliyə namizədinin müəyyənləşdirilməsi də daxildir.

Modern.az məsələ ilə bağlı Musavat Partiyasının Ali məclisinin sədri, İP KŞ-nin üzvi Arzu Səmədbəylidən münasibət öyrənib. A.Səmədbəyli bildirib ki, bu Pənah bəyin öz mövqeyidir:

”Buna nə münasibət bildirməliyik ki, hər kəs istədiyi formada öz fikrini ifadə edə bilər. Siyasi təşkilatda tənqid də, müxtəlif fikirlilik də, əks fikirlilik də olur. Toplantıda hərə öz sözünü ifadə edib, Pənah bəy də öz fikrini bildirib”.
A.Səmədbəyli Pənah Hüseynin fikirlərinə normal yanaşdığını deyib:

“Mən buna çox normal yanaşıram. Pənah bəy məsələni bu cür görür, belə deyir. Məsələn İsa Qəmbər başqa formada görür, Əli Kərimli başqa formada görür və başqa cür deyir. Bizdə hər zaman toplantılar qarşılıqlı diskussiyalar şəraitində keçirilib. Siz öyrəşmisiniz YAP-ın monoloqlu iclaslarına ki, bir nəfər danışır, hamı yalandan başını tərpədir. Bizdə isə bu fərqlidir. Hər kəs öz düşündüyü kimi deyir, daha bir nəfər danışıb, o biriləri öz başını yalandan silkələmir. Hər kəs öz düşündüyü kimi, öz bildiyi formada fikrini ifadə edir. Bu da çox normal bir haldı”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da bildirib ki,  İctimai Palatanın (İP) hər bir üzvünun onun  fəliyyəti ilə bağlı öz təkliflərini bildirmək hüququ var,  o cümlədən Pənah bəyin. 

”Pənah Hüseyn  toplantıda öz fikirlərini bildirib, ona görə də qəbahətli olan hər hansı bir məqam  görmürəm. Sadəcə olaraq, irəli sürülmüş təkliflə bağlı əks arqumentli fikirlər var. Bu baxımdan bizim mövqeyimiz ondan ibarətdir ki, indiki məqamda biz daha çox diqqəti demokratik seçki mühitinin yaradılmasını yönəltməliyik. Demokratik seçki mühiti yaradılandan sonra, artıq seçkiyə hansı namizədlə getmək, İP-nın seçkidə hansı formada iştrak etmək məsələsi müzakirə predmeti olmalıdı. Hələlik birinci məsələ həllini tapmadığı üçün, ikinci məsələnin həllini indiki halda müzakirə etmək düzgün deyil”.

Mail Ağaxanov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı