Modern.az

Roma Papasının nümayəndəsi Azərbaycanın Dini Komitəsinə gəlib

Roma Papasının nümayəndəsi Azərbaycanın Dini Komitəsinə gəlib

Aktual

11 İyun 2012, 16:36

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikanın nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az-a DQİDK-nin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, görüşdə Komitə sədri Kardinal Fernando Filoni kimi nüfuzlu din xadimini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı ölkə olduğunu deyən Komitə sədri dövlətimizin bütün dinlərin daşıyıcılarına tolerantlıq mühitində yaşamaları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Qarabağ uğrunda müharibədə dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları doğma Vətənin bütövlüyü, bölünməzliyi naminə çiyin-çiyinə, ləyaqətlə döyüşüblər.

Elşad İskəndərov Katolisizmin ardıcıllarının Azərbaycana hələ XIII əsrdən başlayaraq gəldiklərini xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsində ötən əsrin əvvəllərində uçurulmuş Katolik kilsənin yerinə yenisi inşa edilib. Komitə sədri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycan mədəniyyət nümunələrinin sərgisinin təşkil olunmasının, Vatikan muzeyindəki kitabların bərpasının həm dini, həm də mədəni sahələrdə qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinin bariz nümunələri olduğunu deyib. Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətindən danışan Dövlət Komitəsinin sədri deyib ki, bu təcavüz dinlərarası və millətlərarası sülhə ən böyük təhlükələrdəndir. “Azərbaycanın “Eurovision-2012” kimi mötəbər musiqi yarışmasına ev sahibliyi etməsindən bir qədər sonra ermənilərin cəbhə xəttində aktivləşməsi, atəşkəsi pozaraq insan təlafatları ilə nəticələnən təxribatlar törətməsi bunun ən bariz nümunələrindəndir”.
Elşad İskəndərov bununla əlaqədar Vatikanın da beynəlxalq hüquq normalarına əsaslanaraq sülhü dəstəkləməyə dəvət edib. Azərbaycandakı tolerant mühiti təqdir etdiyini söyləyən Kardinal Filoni öz növbəsində sülh, qarşılıqlı anlaşma, tolerantlıq sahəsində əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib və katoliklərin bu ölkənin inkişafında iştirakının müsbət olacağına inamını ifadə edib. Bundan sonra Komitə sədri Azərbaycandakı tolerantlığın dünya müstəvisində bölüşməsi üçün Vatikanı fəal iştiraka çağırıb, həmçinin Vatikanda ölkəmizlə bağlı arxiv materialların tədqiqatçılar tərəfindən daha aktiv işlənməsini təklif edib. Hər iki təklif razılıqla qarşılanıb. Sonda ikitərəfli münasibətləri genişləndirməyin müxtəlif istiqamətləri müzakirə edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı