Nə Bakının dəli-dolu küləyi, nə də Xəzərin coşqun dalğaları uşaqları yolundan saxlaya bilmədi. “Sehrli Dünya” uşaq jurnalının oxucuları, abunəçiləri və müsabiqə qalibləri istirahət günündə Bakının Görədil kənd çimərliynə toplaşıb yaddaqalan bir gün yaşadılar. Özü də düz dənizin kənarında, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət Mərkəzində.
Jurnalın baş redaktoru Gülzar İbrahimova, rəssamlar Nigar Quliyeva, Aynur Salahova oxucularla fikir mübadiləsi apardılar. Jurnalın daha da maraqlı olması üçün təkliflər irəli sürüldü. Rəssamlar hal-hazırda uşaqlar arasında ən çox xoşlanan “face art” – üz incəsənəti müsabiqəsi keçirtdilər. “Sehrli Dünya” jurnalının məxsusən uşaqlar üçün hazırladığı “Okey-key” oyunu oynanıldı. Oyunun qaliblərinə “Sərhədçi”dən xüsusi hədiyyələr və Gülzar nənənin nağıllar kitab dəsti təqdim edildi. May ayının qaliblərinə “Kiçik Dünya” Uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyinin Diplomu və “Sehrli Dünya” nın hədiyyələri verildi. Dəniz coşqun dalğaları ilə hay-küy saldığından tədbir boulinq zalında keçirildi. Dənizdə, hovuzda çimmək baş tutmasa da, boulinq zalı, diskoteka, kafe, uşaqların ixtiyarına verilmişdi. Hər şənbə belə bir görüşün keçirilməsini planlaşdıran “Sehrli Dünya” redaksiyası və “Sərhədçi” istirahət mərkəzi gələcək görüşlərinin daha da maraqlı keçməsi üçün xüsusi yay planı hazırlayıblar. Jurnala hər ay elan verilir.