Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib.
Modern.az bildirir ki, bu barədə APA-ya partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib.
Onun sözlərinə görə, ötən gecə partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.
M. Fəttayeva 4 il öncə ailə həyatı qurub, 3 yaşlı Məhəmmədəmin adlı bir oğlu var.
M. Fəttayevanın dəfn mərasimi bu gün saat 12-də Saray qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, bu, M.Mirəlioğlunun övladının gənc yaşında həyatdan köçməsilə bağlı ilk hadisə deyil. Modern.az-ın məlumatına görə, Mirmahmud Mirəlioğlu 1990-cı ildə baş verən faciəli hadisə nəticəsində 5 yaşlı oğlunu itirib.
2009-cu il oktyabrın 2-də isə Mirmahmud Mirəlioğlunun oğlu Mircəlil Fəttayev qəflətən vəfat etmişdi. O zaman 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev KXCP qərargahı qarşısında qəfildən yıxılmış, az sonra dünyasını dəyişmişdi. Onun ürək tutmasından keçindiyi qeyd edilmişdi.
Modern.az