Modern.az

Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgin olaraq qalır"

Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgin olaraq qalır"

Aktual

13 İyun 2012, 10:42

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a Ermənistanın silahlı bölmələri iyunun 12-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şurabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

 Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı