Modern.az

Deputat seçicilərinin problemlərini dinləyib – FOTOLAR

Deputat seçicilərinin problemlərini dinləyib – FOTOLAR

Aktual

13 İyun 2012, 12:16

İyun ayının 13-də Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib.

Deputatın qərargahından verilən xəbərə görə, əvvəlcədən müraciət etmiş 24 seçicinin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.
Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət problemləri də yer almışdı. Millət vəkilinə müraciət edən seçicilər əsasən iş, mənzil o cümlədən qanunvericiliklə bağlı bir sıra  məsələləri haqqında Fuad Muradova məlumat veriblər.
Müraciətlər arasında vətəndaşın yaşadığı evin dam örtüyünün dəyişdirməsi üçün hüquqi yardım, mənzil, sosial problemlər və işlə bağlı müraciətlər var idi. Millət vəkili bütün vətəndaşların ərizələrini şəxsən qəbul edərək lazımı ünvanlara müraciət edəcəyini bildirib.





Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı