Modern.az

Azərbaycanın Niderlandakı səfirliyinin yeni binasının açılışı olub

Azərbaycanın Niderlandakı səfirliyinin yeni binasının açılışı olub

Aktual

13 İyun 2012, 15:27


Azərbaycanın Niderlandakı Səfirliyinin yeni binasinin açılışı olub. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, XİN Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində 11 iyun 2012-ci il tarixində Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət Səfirlik kompleksi, Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar keçirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilən video-zal, diplomatik heyətin iş otaqları və səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb.

Açılış tədbirində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərov diplomatik fəaliyyəti barədə qısa məlumat verib və tədbir iştirakçılarını bir daha salamlayıb.

Təntənəli açılış mərasiminə Niderland tərəfindən çıxış edən Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin yeni inzibati binasının rəsmi açılışı münasibəti ilə Azərbaycan Respublikasını Niderland Hökuməti adından səmimi təbrik edib. Niderlandın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayan Ed Kronenburq, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edib, iki dövlət arasında 20 illik tarixi olan münasibətlərimizin daha da möhkəmlənməsi arzusunu izhar edib.

Nazir Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirib. Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini, iqtisadi cəhətdən gücləndiyini, bu inkişafın Respublikanın xarici əlaqələrinin daha da genişlənməsinə təkan verdiyini dedi. Səfirlik binasının rəsmi açılış mərasimi ilə yanaşı, bu il Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd edildiyini nəzərə çatdıran nazir, bu əlamətdar gündə Azərbaycan üçün daha bir tarixi əhəmiyyət daşıyan günlərdən biri olan  Respublika Gününün də məhz Hollandiyada qeyd etməsindən məmnun olduğunu vurğulayıb.

Tədbirə Niderland Krallığı Hökumətinin və Kraliça Sarayının ali üzvləri, Parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilmiş və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Təntənəli mərasim Niderlandın yerli mətbuatında geniş işıqlandırılıb.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı