Modern.az

Müdafiə Nazirliyi cəbhədən xəbər verdi

Müdafiə Nazirliyi cəbhədən xəbər verdi

Aktual

14 İyun 2012, 10:01

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında; Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı /Seyidəhmədli kəndləri yaxınlığında; Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!