Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məumata görə, UEFA İntizam Komitəsi Rusiya millisini ağır cəzalandırıb. Rusiyalı azarkeşlərin "Avro-2012"nin qrup mərhələsində Polşa ilə keçirilən oyundan sonra (1:1) qalmaqal yaratmaları səbəbi ilə Rusiya millisi "Avro-2016"nın seçmə mərhələsinə mənfi 6 (-) xalla başlayacaq.
Həmçinin Varşavada keçirilən Polşa - Rusiya matçından sonra yaşananları araşdıran UEFA Rusiya Futbol Federasiyasına (RFF) 120 min avro cəza kəsib.
Lakin bu cəza şərti xarakter daşıyır. Belə ki, "Avro-2016"nın seçmə mərhələsi zamanı rusiyalı fanatlar bir daha belə hərəkətlərə yol verərsə, o zaman Rusiya millisinin aktivindən 6 xal silinəcək.
Qeyd edək ki, Rusiya Futbol Federasiyasının UEFA-nın bu qərarına 3 gün ərzində yazılı etiraz etmək hüququ var.
Modern.az