Modern.az

Putinin Avrasiya planı

Putinin Avrasiya planı

Aktual

14 İyun 2012, 10:49

Sevil Nuriyeva

Andiçmə mərasiminin ardından sürətlə Avrasiyaya dönük addımlar atan Putin, yeni dövr hədəflərinin ipuclarını verməkdən çəkinmədi.
Xüsusilə seçki öncəsi Qərb və ABŞ qaynaqlı anti-Putin hərəkatlarının qaynağında, ABŞ-ın mənfəət zolağı olaraq bilinən Avrasiya bölgəsinə Rusiyanın yenidən sahib çıxma istəyi yatır. Onsuz da  Yeltsin sonrası Rusiyası bu coğrafiyada idi. Lakin sancılı vəziyyətindən dolayı bir sıra siyasi ehtiraslarını təxirə salmışdı.

Halbuki Rusiya üçün bu məkan ölüm-qalım məsələsi olaraq tarixə keçmişdir. Dünyada təkrar hesaba qatılmanın Rusiyanın gələcəyi baxımından əhəmiyyətli olduğunu düşünən Putin üçün Çar Rusiyası və sonra Sovet Rusiyası kimi bu bölgənin siyasi ədəbiyyatına keçən Avrasiya coğrafiyasına yenidən hakim olma istəyi, Rusiyanın gələcəyə yönəlik siyasətində əhəmiyyətli bir mövzu və mövqedir. Rusiya bir tərəfdən Suriyadakı Əsəd yanlısı siyasətlərə dəstək verərkən, ABŞ qaynaqlı ola biləcək yeni qarşıdurma zonalarına nəzarəti indidən ələ keçərmə səylərini göstərməkdən narahat deyil.

 ***

Putin ciddi dövlət adamı və bir rus milliyyətçisidir. Ətraf üçün təhlükə və təhdid meydana gətirsə də, Rusiyanın yenidən gücə qovuşması üçün israrla siyasətlərini inkişaf etdirməyə başlamışdır. Seçilər-seçilməz, köhnə Sovet müttəfiqlərini yığmaq üzrə, Müstəqil Dövlətlər Birliyi adı altındakı keçmiş Sovet respublikalarının başçılarını Rusiyada bir araya gətirdi və birləşmə siqnalları verdi. Əslində Qərbə mesaj çatdıraraq, yenidən güclənməsinin açarının bu coğrafiya olduğunu da təsdiq etmiş oldu.

Putin 3-cü dövrünü “yenidən ayağa qalxma, qüdrətə çevrilmə və müvəffəqiyyətə adım-addım” olaraq xarakterizə edir. Rusiyanın keçmiş dövlət imicini yenidən qazanma istəyini də gizləmir.

Ən əhəmiyyətli meyarı Avrasiya ilə inteqrə olmaqdır. Son bəyanlarından birində, “keçmiş Sovetlərin dağılmasına sevinənlərin ürəyi, onu yenidən qurma xəyalında olanların isə ağılı yoxdur” deməsinə baxmayaraq, Avrasiyada yenidən hakimiyyəti ələ alma niyyətlərini gizləmir.

Rusiyanın Avrasiyadakı tək rəqibi ABŞ deyil. Bu coğrafiyada siyasi cəhətdən və iqtisadi olaraq boy göstərsə də, təsir baxımından Rusiyanın rəqibi ABŞ deyil, Türkiyədir. Rusiya əslində Türkiyənin son illərdə daha çox Orta Şərqə indekslənməsindən əslində məmnundur. Rusiya Orta Şərqdə ideoloji bağlardan ötəri vardır. Suriyadakı tərz və tutumu buna misaldır. Amma Rusiya üçün Suriya, siyasət masasında bir qoz, Avrasiyadakı mövcudiyyəti isə həyati bir məsələdir. Bu səbəbdən bu günlərdə ən sıx soruşulan, Avrasiya hakimiyyətini genişlədib qalıcı olmaq adına Putinün 3-ci dövründən nələr gözlənililməli və Türkiyə bu həqiqətlə necə barışacaq suallarıdır.

Avrasiyada etnik, dini, tarixi və mədəniyyət bağları səbəbiylə ən güclü təsir Türkiyənindir. Türkiyənin ciddi cəhdləri görünməsə də sosioloji olaraq bu coğrafiyada Türkiyə, imtina edilməz bir təsir və gücdür. Bunu bilən Rusiya, bəzi bölgələrin Türkiyə ilə əlaqələrini sabotaj belə edə bilər. Xüsusilə Türkiyədə Şimal Qafqaz xalqlarına duyulan simpatiya, çeçenlərin milli davasına ictimaiyyət arasında  verilən dəstək, Gürcüstanla əlaqələrin səviyyəsi və Azərbaycanla mövcud bağlar, Putin Rusiyası üçün narahat edicidir. Mənim üçün Rusiyanın nə etdiyi əhəmiyyətli deyil. Sosioloji olaraq bu coğrafiyada mövcud və tarixi keçmişi olsa da, yenidən ogücü bərpa etməsi üçün bunlar yetərli. Rusiyanın zəifliyi, bu coğrafiyadakı xalqların üzərindəki orqanik, bioloji, mənəvi, din və qan bağının əsas simvoluna çevirə bilməməsidir. Bəlkə bu coğrafiyada Türkiyənin varlığına duyulan hissin ona bəslənməsi Rusiyanı çox məmnun edərdi.

Yaxşı, Türkiyə bu duyğudan istifadə edə biləcəkmi? Bunun üçün Türkiyənin tutumu və strategiyaları nə olmalıdır? Bölgənin bir çox mənada rus təşəbbüsünə keçməsinə göz yumacaqmı?

Yoxsa Prof. David Passigin “2050” kitabında qələmə aldığı kimi; "Türkiyənin ətrafındakı bir çox güclər Avrasiya və Orta Şərqi uçuruma  itələyir. Türkiyə super güc olma hissini yenidən dadacaq. Ətrafındakı maneələrin fərqinə vardığı təqdirdə, özünə və qonşu millətlərə çox böyük fayda verəcək" fikirlərinə söykənərək üzərinə missiyamı götürəcək?

Bu missiyanı anlayıb tətbiq etmək zamanıdır. Bütün zorluqlara rəğmən, Türkiyə missiyasını anlayaraq hərəkət etsə, bölgənin səadətinə qapı açılmış olacaq.

Bu coğrafiyada hələlik Türkiyə, mənim anladığım və xəyal etdiyim şəkildə boy göstərmir. ABŞ, Avropa və ən əhəmiyyətlisi Rusiya və hətta İran belə boy göstərməkdən qaçınmırlar. "Müəyyən ssenarilərin yazıldığı bir zamanda Türkiyə harada" deyə soruşsanız, yalnız milyonlarla insanın ürəyində deyə bilərəm. Bu təəssüf ki, qaneedici deyil.

Haydı Türkiyə əcdadın etdiyini etməkdən çəkinmə, qanında daşıdığın super güc olma meylini göstərməkdən, rahatsız etməkdən qorxma. Sənin Orta Şərq, Balkanlar, Afrika kimi bağlarının yanında, səni öndə tutan və həmişə gözləyən qocaman bir ağacın vardır. O Avrasiyadır. Etnik Türklükdən İslami dəyərlərinə qədər... Səni bu coğrafiyada digər aktyorlardan üstün tutan gücünü, məntiqə deyil XƏYALA söykənərək istifadə et.

Eynşteyn nə gözəl ifadə etmiş: "Məntiqli düşüncə insanı A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal isə hər yerə".

(Yazı TürkiyəninStarqəzetndə yazılıb)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!