Modern.az

Bakı meri Prezidentə hesabat verdi

Bakı meri Prezidentə hesabat verdi

Aktual

20 İyun 2012, 12:34

Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki,  bu gün Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan  konfrans işə başlayıb.

 Dövlət başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə  Prezidentə məlumat verib.

 Dövlət başçısı konfransda çıxış edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı