Modern.az

Türkiyədə 4 küçəyə Azərbaycana aid adlar verildi

Türkiyədə 4 küçəyə Azərbaycana aid adlar verildi

Aktual

20 İyun 2012, 12:51

Türkiyədə 4 adsız küçəyə Azərbaycanın tarixi və bölgə adları verilib. Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Səfirlikdən bildirilib ki, Ankara Böyükşəhər Bələdiyyə Məclisi tərəfindən qəbul edilən 833 saylı qərarla və Ankara Valiliyinin təsdiqi ilə Ankara şəhərinin 1-ci Orqanizə Sənaye bölgəsində olan 4 adsız küçəyə Azərbaycanın tarixi və bölgə adlarını özündə əks etdirən adlar verilib. Həmin küçələrə 4 saylı küçə - Naxçıvan küçəsi, 7 saylı küçə - Qarabağ küçəsi, 8 saylı küçə - Qaraqoyunlu küçəsi, 9 saylı küçə - Ağqoyunlu küçəsi adları qoyulub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...