
Babək pr-ti 31 ünvanında Yeni İnfiniti Satış və Servis Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Mərkəz, premium-klass avtomobil həvəskarlarını məmnuniyyətlə qarşılamağa hazırdır və onların bütün sifarişlərini ödəyəcək gücə malikdir.
Əlverişli ərazidə yerləşmə - Mərkəzin əsas üstünlüklərindən biridir. İnfiniti lüks tərtibatlı, əhatəli şourumda sərgilədiyi geniş model sırası ilə müştərilərini sevindirəcək. Bura İnfiniti QX, FX və EX modelləri, idman üslublu G və biznes sinfinin layiqli nümayəndəsi M seriyası aiddir. Bu müxtəliflik sayəsində hər bir müştəri öz zövqünə uyğun avtomobil seçmə imkanına malik olacaq. Satış və Servis Mərkəzi, Infiniti-nin qlobal korporativ standartlarına uyğun olaraq inşa edilib. Salon, istifadəyə verilmədən öncə İREDİ standartlarının tətbiqini təsdiq edəcək bir neçə yerli, regional və qlobal brend-auditi keçib. Mərkəzdə, müştərilərin avtomobil əldə etməsi üçün son dərəcə komfortlu şərait yaradılıb. İnfinti Servis Mərkəzində müştərilərə yüksək texnoloji avadanlıqlarla kompleks xidmət təklif edilir. İnfiniti Rəsmi Satış Mərkəzindən avtomobil sahibi olan hər bir müştəri avtomatik olaraq, Total Ownership Experience (TOE) Servis Xidməti Proqramının iştirakçısına çevrilir. Proqrama 3 il və ya 100.000 km zəmanət, həmçinin Infiniti Assistance – 24 saatlıq təxliyyə kimi xidmətlər daxildir. İnfiniti brendi haqqında maraqlı və aktual mövzuları özündə əks etdirən müxtəlif məlumatlardan ibarət (
www.infiniti-azerbaijan.com) sayt yaradılıb. Saytda bütün model sırasının texniki göstəriciləri, üstünlükləri, gələcək modellər, eyni zamanda test-drive üçün online qeydiyyat və s. kimi məlumatlar yer alır.
“NURGÜN Motors” şirkəti Azərbaycan bazarında İNFİNİTİ brendinin rəsmi distribütorudur. Şirkət İnfiniti markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir. “Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. İNFİNİTİ – BU RUHLANDIRAN PERFORMANSDIR
Ünvan: Babək pr-ti, 31
Tel.: (012) 448 17 65
www.infiniti-azerbaijan.com
//www.facebook.com/infinitiazerbaijan