Modern.az

Azərbaycanda ictimai rəy niyə ictimai qınağını sərgiləyə bilmir?

Azərbaycanda ictimai rəy niyə ictimai qınağını sərgiləyə bilmir?

Aktual

21 İyun 2012, 14:32

Ziyalı rəyi: “Çünki bəzən dünən xain olanlar bu gün fədakar kimi təqdim edilir”

İctimai rəy olan yerdə ictimai qınaq da mütləq olmalıdır. Cəmiyyət onun dəyərlərini heçə sayan, ona düşmən kəsilən və ardıcıl olaraq isbatlanmış xəyanətlər edən fərdə öz mövqeyini sərgiləməlidir. Amma Azərbaycanda bəzən ictimai rəyin fövqündə duran şəxslər cəmiyyətə öz fikirlərini yeridə bilirlər. Onlara qarşı ictimai qınaq da yox dərəcəsinə olur. Bu da faktdır ki, bütövlükdə ictimai rəy ictimai qınağın ifadə formasını müəyyənləşdirə bilmir. Sovet dövründə “cəmiyyətin antipodları” adlandırılan fərdlərə münasibət müxtəlif növlərdə üzə çıxırdı. Amma indi ictimai rəy bunu necə ifadə edəcəyini bilmir.

Modern.az-a verdiyi şərhdə millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, vətəndaş cəmiyyəti, ictimaiyyət güclüdürsə, insanlar nə qədər sərbəst və azaddırlarsa, öz sözlərini açıq ifadə edə bilirsə, o qədər də ictimai rəy güclü olar: “İctimai rəy – xalqın, ziyalıların, millətin inandığı, etibar etdiyi ağsaqqalların rəyidir. Yəni ictimai rəyin çox ciddi və normal dövlətdə həlledici statusu olmalıdır”. S.Rüstəmxanlının sözlərinə görə, ictimai rəy mövcud olduğu kimi, ictimai qınaq da mövcuddur. “Amma unutqanlıq eybimiz də var. Bəzən də süni yolla dünənki cinayətkarlar xalqın gözü qarşısında ayrı cilddə təqdim olunur və əksinə, dünənki qəhrəmanlar bu gün söyülür, ya dünən xain olanlar bu gün fədakar sayılır”.

Xalq yazıçısı Əkrəm Əylislinin sözlərinə görə, ictimai qınağa tuş gəlməli insanlar çoxdur. “Bu reallıqdır, uydurma deyil. Amma elə də olur ki, kimisə ləkələmək üçün iftiralar uydururlar. Əgər ictimai fikrin nəzərində hansısa fərdin əməli çirkindirsə, bu, artıq ictimai qınaqdır”. Yazıçının sözlərinə görə, əgər cəmiyyət kiminsə əməllərində ictimai fəlakət, bəla, xalq və cəmiyyət üçün ziyanlı məqamlar görürsə və bu çoxluq şəkildədirsə, bunu qınaq forması hesab etmək olar. “Tutalım, Rəhim Qazıyev və Sürət Hüseynov haqqında haqqında dəqiq heç nə deyə bilmərəm. Çünki onların məhkəmə işləri ilə bağlı heç bir məlumatım yoxdur”.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı