Modern.az

YAP 17 ölkənin nümayəndəsini Bakıya çağırıb

YAP 17 ölkənin nümayəndəsini Bakıya çağırıb

Aktual

21 İyun 2012, 15:25

Sabah Yeni Azərbaycan Partiyasında (YAP) iclas keçiriləcək. Bu barədə Modern.az-a  YAP-nın mətbuat xidmətindən  məlumat verilib. Məlumatda bildirilib ki, YAP-nın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişlənir və bu qurumların fəaliyyətində iştirakı ildən-ilə güclənir. Bu baxımdan YAP-ın üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının cari ilin noyabrında Bakıda keçirilməsinə dair verilmiş qərarı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirmək olar.

 Baş Assambleyaya hazırlıq məqsədilə YAP-ın təmsil olunduğu Daimi Komitənin növbəti iclası 2012-ci ilin 22-23 iyun tarixlərində Bakı şəhərində keçiriləcək. Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak edəcəyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq ediləcək. Ölkəmizə gələn qonaqların Azərbaycanın görməli yerləri, habelə mədəni-memarlıq və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulub.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı