Modern.az

“Formula-1”in əfsanəvi pilotu David Coulthard İnfiniti satış mərkəzində! - FOTO

“Formula-1”in əfsanəvi pilotu David Coulthard İnfiniti satış mərkəzində! - FOTO

Aktual

21 İyun 2012, 17:56


17.06.2012-ci il tarixində Bakı şəhərinin sakinləri möhtəşəm avtomobil şousunun şahidi oldu. Formula-1 yarışının əfsanəvi pilotu David Coulthard RB7 bolidində öz möhtəşəm performansını sərgilədi.

David Coluthard-ın Bakıya səfərindən iki gün öncə, Formula-1 yarışlarında idarə etdiyi RB7 bolidi İnfiniti Servis Mərkəzinə gətirilərək komandanın peşəkar ustaları tərəfindən yığıldı və daha bir neçə gün öncə yenicə rəsmi açılışı olan İnfiniti Satış Mərkəzində nümayiş etdirildi. Bolidi (yarış avtomobili RB7) izləmək üçün yüzlərcə pərəstişkar İnfiniti Satış Mərkəzinə toplaşdı. 16.06.2012-ci il tarixində pilot və onun komandasının olduğu təyyarə Bakı şəhərinə endi. Hava limanında qonaqları İnfiniti model sırasının avtomobilləri qarşıladı. Səfər planına uyğun olaraq pilot öncə İnfiniti Satış Mərkəzini ziyarət edərək mətbuat nümayəndələri ilə görüşdü, qalibiyyətlərlə zəngin karyerası və uğurlarının səbəbi olan yarış avtomobilinin performansı haqqında mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Məşhur pilotun Bakıda ilk olaraq İnfiniti Satış Mərkəzinə gəlişi də təsadüfi deyildi. Belə ki, Red Bull Racing Team-in rəsmi sponsoru İnfiniti-dir. Bundan əlavə ötən ilin qalibi adını qazanmış Sebastian Vettel İnfiniti brendinin rəsmi səfiri statusuna layiq görülüb. Daha sonra D.Coulthard Renault Satış Mərkəzində ona ayrılmış vaxt ərzində eksklüziv müsahibəsi ilə pərəstişkarlarını və satış nümayəndələrini Renault mühərriki haqqında məlumatlandırdı. Qeyd edək ki, Formula-1 yarışlarının ən gənc komandası olan Red Bull Racing Team-in avtomobillərinin mühərriklə təchizatı məhz Renault-a məxsusdur. 17.06.2012-ci il tarixində D. Coulthardın iştirakı ilə Bakı şəhərinin mərkəzində - Neftçilər pr-tində keçirilən avtoşounu izləmək üçün minlərlə insan toplanmışdır. Məlumat üçün bildirmək istəyirik ki, İnfiniti və Renault brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi Nurgün Motors Şirkətidir.         
İNFİNİTİ SATIŞ VƏ SEVİS MƏRKƏZİ
Ünvan: Bakı şəhəri, Babək pr-ti, 31
Tel.: (012) 448 17 65
Web: www.infiniti-azerbaijan.com
//www.facebook.com/infinitiazerbaijan                                                                 RENAULT SATIŞ VƏ SERVİS MƏRKƏZİ
Ünvan: Bakı şəh., Babək pr. 28D
Tel.: (012) 447 27 21
Web: //www.renault.az/
//www.facebook.com/renaultazerbaijan


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı