Modern.az

Ayaz Mütəllibovun sosial bazası iqtidara yönələcəkmi?

Ayaz Mütəllibovun sosial bazası iqtidara yönələcəkmi?

Aktual

22 İyun 2012, 12:28

ASDP sədri bu ehtimalı inkar edir

Eks-prezidentlərlə bağlı qanunu təsdiq etməsi və Ayaz Mütəllibovun üzərində cinayət işinin götürülməsi iqtidarın bu şəxsə qarşı münasibətinin yaxşılaşması kimi qələmə verilir. Sabiq prezident vətənə qayıtdıqdan sonra siyasi fəaliyyətlə məşğul olmayacağını açıqlasa da, onun bundan sonra siyasi proseslərdə hakimiyyətə yaxın olacağı güman olunur. 20 illik mühacirət həyatından sonra vətənə dönməyi planlaşdıran Ayaz Mütəllibovun ölkəmizdəki sosial bazasının iqtidar istiqamətinə yönələcəyi haqda da ehtimallar mövcuddur.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə ictimai fikirdə dolaşan bu fərziyyələrlə bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, sabiq ölkə başçısı siyasətdən getdiyi üçün onu dəstəkləyən insanların hansı istiqamətə yönlənməsi də gündəmdə ola bilməz.

“Bunu artıq hər kəs bilir ki, Ayaz Mütəllibov siyasi fəaliyyətlə məşğul olmayacaq. Bu, onun qəti fikridir. O, siyasətdən getdikdən sonra onun sosial bazası yenə olduğu kimi qalacaq. Amma A.Mütəllibov siyasətlə məşğul olmayacaqsa, bu sosial baza necə gündəmdə ola bilər?” – deyə A.Əlizadə şərh edib.

Qeyd edək ki, eks-prezident Ayaz Mütəllibovun gələn ayın əvvəllərində Azərbaycana gələcəyi gözlənilir.

Anar Rüstəmov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı