Modern.az

YAP-çı deputatdan Asiya Biliyi yaradılması təklifi gəldi

YAP-çı deputatdan Asiya Biliyi yaradılması təklifi gəldi

Aktual

22 İyun 2012, 12:38

“Sarı qitə”nin siyasi partiyalarının toplantısı işə başladı

YAP-ın üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının cari ilin noyabrında Bakıda keçirilməsinə dair verilmiş qərarla əlaqədar olaraq konfrans bu gün Bakıda yığışıb. Modern.az xəbər verir ki, Baş Assambleyaya hazırlıq məqsədilə YAP-ın təmsil olunduğu Daimi Komitənin növbəti iclası bu gün “Hilton” otelinin konfrans zalında öz işinə başlayıb.

Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunmalıdır.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlıq artırılmalı olduğunu deyib. Deputat buna böyük ehtiyacın olduğunu qeyd edib.

“Asiyanın iqtisadi potensialı dünyada birinci yerdə olsa da, dünyada siyasi təsir qüvvəsi bir o qədər çox deyil. Asiya Birliyinin yaradılmasına təkan verə bilər. Asiya Birliyinin, Asiya ölkələrinin parlament ittifaqının yaradılması vacibdir. Regionların taleyini həmin bölgədə yaşayan xalqlar həll etməlidir. Əks halda o xalqların taleyini həmin bölgəyə aid olmayan dövlətlər həll edir. Taleyi kənardan həll olunan bölgələr isə Asiyada daha çoxdur”.

Tədbirin qalan hissəsi qapalı şəraitdə keçirilib. Tədbirdən sonra ölkəmizə gələn qonaqların Azərbaycanın görməli yerləri, habelə mədəni-memarlıq və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı