Modern.az

Orxan Kərimov: “Ya bu gün, ya da sabah əməliyyat olunacam”

Orxan Kərimov: “Ya bu gün, ya da sabah əməliyyat olunacam”

Aktual

22 İyun 2012, 12:57

Səhhətilə bağlı dünən həbsdən azadlığa buraxılan Təhsil Nazirliyinin şöbə müdirin sabiq müavini Orxan Kərimov bu gündən müayinələrə başlayıb. Modern.az-a açıqlanma verən Orxan Kərimov bildirib ki, elə indi Mərkəzi Klinikadadır.
“Hal-hazırda klinakadayam, müayinələr gedir. Yəqin ki, ya bu gün, ya da sabah əməliyyat olunacam”- deyə qeyd edib.

Təhsil Nazirliyinin şöbə müdirinn sabiq müavini Orxan Kərimov əlavə edib ki,  əməliyyat Azərbaycanda Mərkəzi Klinikada olacaq.

Qeyd edək ki, Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dünən  dəyişdirilib. Bu, iyunun 21-də məhkəmədə halı pisləşən O.Kərimov barəsində Prezident Administrasiyasına məruzə olunduqdan sonra baş verib. Administrasiyadan verilən göstərişdən sonra məhkəmə Orxan Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə qərar qəbul edib. 

Xatırladaq ki, O. Kərimov ürək ağrılarından əziyyət çəkir

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...