Modern.az

Eldar İbrahimov: “Aqrar komitə yeganə komitədir ki...”

Eldar İbrahimov: “Aqrar komitə yeganə komitədir ki...”

Aktual

23 İyun 2012, 10:57

Milli Məclisin yaz sessiyası iyunun 29-da öz işini başa vurur. Bununla da Milli Məclis yaz sessiyası üçün son iclasını keçirəcək. Bu sessiya müddətində komitələr gündəliyə müəyyən qanun layihələri təqdim etdi. 

Maraqlıdır, bu müddət ərzində hansı qanun layihələri müzakirə olundu, hansılar qəbul olundu, hansı layihələr isə payız sessiyasına saxlanıldı?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, yaz sessiyası müddətində əsasən iki qanunun müzakirəsini nəzərdə tutmuşdu: “Bu, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya məsləhət xidməti haqqında” qanunlardır. Artıq “Kənd təsərrüfatı informasiya xidməti haqqında” qanun üzərində mütəxəssislər işləyir. Ancaq “Kooperasiya haqqında” Qanun aqrar siyasət və iqtisadi siyasət komitələrinin iclasında deputatların iştirakı ilə müzakirə edildi və Milli Məclisə təqdim edildi. Parlamentin  axırıncı iclasında imkan və vaxt olsa, həmin qanun gündəliyə çıxarılacaq. Yox əgər buna şərait olmazsa, bu qanunu payız sessiyasında müzakirəyə çıxarılacaq. Həmçinin payız sessiyasında torpaq haqqında bir sıra qanunlar da müzkirəyə çıxarılacaq”.

Komitə sədrinin dediyinə görə, qanunlar və bu qanunlara əlavə və dəyişikliklər bir çox komitələrə Prezident Administrasiyasından gəlir. Amma digər komitələrdən fərqli olaraq, kənd təsərrüfatı haqqında qanunları aqrar siyasət komitəsinin üzvləri olan deputatlar tərəfindən irəli sürülür:
“Biz qanunlar hazırlayırıq və Prezident Administrasiyasına göndəririk. Oradan da yenidən Milli Məclisə müzakirə üçün göndərilir. Bizə aid olan sahədə elə bir qanun yoxdur ki, o sahə üzrə qanun layihsi hazırlamayaq. Bizim komitə yeganə komitədir ki, qanunları özümüz irəli sürürük”.

Gültəkin Ələsgər    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı