Modern.az

Zahid Oruc Almaniyadakı tədbirdə iştirak edəcək

Zahid Oruc Almaniyadakı tədbirdə iştirak edəcək

Aktual

23 İyun 2012, 13:26

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc iyunun 25-dən 28-nə kimi Almaniyanın Münhen şəhərində Corc Marşel mərkəzinin təşkil etdiyi tədbirdə iştirak edəcək.

Bu barədə Modern.az-a deputatın özü məlumat verib.

Z.Oruc bildirib ki, təhlükəsizlik və müdafiə məsələləri üzrə ixtisaslaşmış, çox nüfuzlu beynəlxalq qurum olan bu mərkəz ölkəmizlə xeyli dövrdür ki, intensiv əlaqələr qurmaqda və müxtəlif konfranslar, tədbirlər həyata keçirməkdədir.

“Bu qəbildən olan sonuncu tədbir aprelin əvəllərində Bakıda keçirilmişdi və orada xeyli beynəlxalq təşkilatlar iştirak etmişdi. İndi isə bu tədbir təhlükəsizlik məsələlərinə həsr olunub. Həmçinin bizim tərəfimizdən orada Azərbaycanın yerləşdiyi region, oradakı əsas prinsiplər, problemlər, bölgənin əsas geosiyasi təhlükələri məsələləri qaldırlacaq. İyunun 25-dən 28-dək Müdafiə Nazirliyinin bir təmsilçisi və mən orada iştirak edəcəm”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı