Modern.az

Yonca ikiqat qiymətə satılırsa, ətin qiyməti artacaqmı?

Yonca ikiqat qiymətə satılırsa, ətin qiyməti artacaqmı?

Aktual

25 İyun 2012, 11:25

Nazirlik rəsmisi: “Bu barədə nəsə proqnozlaşdırmaq hələ tezdir” 

Qış və yaz mövsümündə havaların sərt keçməsi hazırda iri və xırda buynuzlu heyvanlar üçün yem tədarükünə təsirini göstərir. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun sözlərinə görə, 2011-ci ilə nisbətən ot tədarükü azalıb.

“May ayında keçən sərt hava şəraiti ilə əlaqədar otlaq inkişafdan dayanması  nəticəsində bir sıra dağlıq rayonlarda, o cümlədən Şamaxı, Şəki, Lerik, Daşkəsən rayonu ərazisində ot inkişafdan qalıb. Otun məhsuldarlığı aşağı düşüb. 15-16 kq yonca 1 manat 50 qəpiyə satılacağı halda, 3 manata satılır. Qiymət ikiqat bahalaşıb”, – deyən şöbə müdiri əlavə edib ki, bunun ət və süd məhsullarının qiymətinə necə təsir edəcəyi barədə indidən heç bir söz demək mümkün deyil. “Bu barədə nəsə proqnozlaşdırmaq hələ tezdir”.  

“Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyin direktoru Zahid Abbasov məsələyə bu cür münasibət bildirib: “İndidən təşvişə düşmək tezdir. Dəqiq demək olmaz ki, qiymət artacaq. Yemin azlığı  heyvandarlıq məhsullarının qiymətinə birbaşa  təsir edən amillərdəndir. Yem ucuz olanda qiymət də ucuzlaşır  bu belədir, belə də olmalıdı”.

Z.Abbasovun  keçən ilin avqust ayında yem məhsulları bol olduğuna baxmayaraq, süni qiymət artımının da  baş verdiyini də qeyd  etdi. Onu sözlərinə görə, bu il ət və süd məhsullarında baş verə biləcək qiymət artımının qarşısını almaq olar: “Suvarmanı geniş istifadə etməklə, yonca sahəsindən 2-3 dəfə yox, 4 dəfə biçin aparmaq kimi bir sıra aqrar islahatlar həyata keçirməklə ot istehsalını artırmaq mümkündür. Ehtiyatımızda yonca, 300 min hektara yaxın yem sahələri var. Bu sahələr suvarılsa, aqrar islahatlar həyata keçirilsə, suvarılsa məhsuldarlığı artırmaqla bahalaşmanın qarşısını almaq olar”.

Aygün Asifqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı