Modern.az

Azay Quliyev İstanbula getdi

Azay Quliyev İstanbula getdi

Aktual

25 İyun 2012, 12:38

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Yerli Demokratiya Agentlikləri Assosiasiyasının  (ALDA) direktoru Antonella Valmorbida ilə görüşüb. Baş ofisi Fransada yerləşən ALDA beynəlxalq təşkilatı dünyanın əksər ölkələrində öz nümayəndəlikləri vasitəsilə təmsil olunur.

Görüş zamanı A.Quliyev xanım A.Valmorbidaya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf mərhələləri, eləcə də rəhbərlik etdiyi Şuranın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində həyata keçirilən QHT layihələrinin səmərə əmsalı ildən-ilə artır, ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənir.
Görüşdə Şura ilə Yerli Demokratiya Agentlikləri Assosiasiyası arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

***

Yeri gəlmişkən, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyi münasibətilə üzv ölkələrin hökumət başçılarının iştirakı ilə iyunun 26-da İstanbulda yubiley tədbiri keçiriləcək. Tədbir çərçivəsində düzənlənən QHT forumunda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyilə nümayəndə heyəti təmsil edəcək.
Forumda  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Forumun işində iştirak etmək üçün nümayəndə heyəti bu gün İstanbula yola düşüb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı