Modern.az

Yol polisi rəsmisi: “Gündüz yalnız xüsusi buraxılışı olan yük maşınları yola çıxır”

Yol polisi rəsmisi: “Gündüz yalnız xüsusi buraxılışı olan yük maşınları yola çıxır”

Aktual

25 İyun 2012, 17:41

Vaqif Əsədov: “Əvvəlki qadağa “Eurovision–2012” ilə bağlı idi

Bir müddət öncə paytaxta gündüz saatlarında yük avtomobillərinin hərəkətinin qadağan edilməsinə baxmayaraq, bu gün istənilən vaxt, istənilən yerdə ağır tonnajlı maşınların şəhər küçələrində hərəkət etdiyini müşahidə edirik.

“Yük maşınları olmadan iqtisadiyyatda müəyyən irəliləyiş əldə etmək mümkün deyil. Ancaq yük maşınlarının hərəkəti üçün xüsusi qrafik var: axşam saat 20:00-dan səhər saat 8:00-a qədər. Sizin isə gündüz gördükləriniz xüsusi buraxılışı olan yük maşınlardır”. Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov deyib. Onun sözlərinə görə, gündüz saatlarında hərəkət edənlər strateji əhəmiyyətə malik olan, dövlət idarələrində çalışan maşınlardır ki, onlar da xüsusi marşrut üzrə yəni icazə verilən yol zolağında hərəkət edirlər.

Vaqif Əsədovun sözlərinə görə, yük maşınlarının hərəkətinə müvəqqəti qadağanın qoyulması isə “Eurovision–2012” Mahnı Müsabiqəsinin keçirilməsi ilə əlaqədar idi. “Paytaxtın inzibati ərazisinə düşən küçə və yollarda yük götürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti yalnız gecə vaxtı, saat 20:00-dan səhər saat 8:00-ə qədər prezidentin təsdiq etdiyi “Yol infrastrukturunun inkişafı sahəsində” Dövlət Proqramının tələbinə uyğun tənzimlənir. Amma bundan başqa, strateji əhəmiyyətə malik olan yükgötürmə qabiliyyəti 5 tondan artıq olan avtonəqliyyat vasitələrinin hərəkəti Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən verilən xüsusi buraxılışla tənzimlənir və buraxılış vərəqəsində də yük maşınlarının hərəkət cədvəli və hərəkət etdiyi marşrut konkret göstərilir. Bu da qanunun tələbinə uyğundur”, – deyə V.Əsədov vurğulayıb.  

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı