Modern.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 5 milyon manat ayrıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 5 milyon manat ayrıldı

Aktual

25 İyun 2012, 19:25

Prezident İlham Əliyev  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Xidmətin Aparatının yeni inzibati binasının, Mərkəzi çağırış məntəqəsi kompleksinin, bir sıra şəhər və rayon inzibati binalarının tikintisi və əsaslı təmiri məqsədi ilə 5,0 (beş) milyon manat ayrılıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı