Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Dolmabaxça sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunubdur.
Modern.az