İyunun 24-də keçirilən buraxılış imtahanından 4939 şagird imtahandan iki (2) qiyməti alıb. Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidməti məlumat yayıb. Komisiyadan bildirilir ki, iyunun 24-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş da təhsil alan XI-IX sinif şagirdləri buraxılış imtahanlarında iştrak ediblər. İmtahanın nəticələri iyunun 26-da TQDK-nın internet saytında yerləşdirilib.
TQDK-dan bildirilib ki, buraxılış imtahanında 14493 nəfər 9-cu sinif şagirdi, 10288 nəfər 11 sinif şagirdi iştrak edib.
İmtahanda iştrak edən 14493 nəfər 9-cu sinif şagirdlərindən 2293 nəfəri ana dilindən, 1244 nəfəri isə riyaziyyat fənnindən 2 qiyməti alıblar. 10288 nəfər 11-ci sinif şagirdindən 857 nəfəri ana dilindən, 545 nəfəri isə riyaziyyat fənnindən 2 qiyməti alıblar. Buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
İyunun 24-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
|
|
|
|
|
| Ana dili |
| Riyaziyyat |
|
|
|
|
|
|
| [ 2 ] | 857 | [ 2 ] | 545 |
| [ 3 ] | 5810 | [ 3 ] | 5670 |
| [ 4 ] | 2366 | [ 4 ] | 2532 |
| [ 5 ] | 1255 | [ 5 ] | 1541 |
| Cəmi | 10288 | Cəmi | 10288 |
İyunun 24-də keçirilən ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
|
|
|
|
|
|
| Ana dili |
|
| Riyaziyyat |
|
|
|
|
|
|
|
| [ 2 ] | 2293 |
| [ 2 ] | 1244 |
| [ 3 ] | 9855 |
| [ 3 ] | 9394 |
| [ 4 ] | 1530 |
| [ 4 ] | 3008 |
| [ 5 ] | 815 |
| [ 5 ] | 847 |
| Cəmi | 14493 |
| Cəmi | 14493 |
Mail Ağaxanov