Modern.az

Əsil tələbə kimdir..?

Əsil tələbə kimdir..?

Aktual

27 İyun 2012, 15:26

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Tələbə... Hər səhər tezdən oyanan, deyinərək universitetə yollanan və dərsin bitməsini səbirsizliklə gözləyən... Müasir tələbələrimiz...

Əslində bu sadaladıqlarım bütün tələbələrə aid deyil. Düzdür keçmiş ilə müqayisə də, bu gün tələbələrin əksəriyyəti təhsillə maraqlanmır. Qabaqlar tələbənin boş vaxtı olmazdı.. Lakin bu gün tələbələr asudə vaxtlarını öldürmək üçün əyləncə axtarırlar. Qabaqlar tələbələr cəmiyyətin ən kasıb təbəqələri idilər. Bu gün şəhərin ən bahalı avtomobilləri tələbələrə məxsuzdur.

Qəribə bir mənzərə alınsada bu həqiqətdir. Lakin elə tələbələr də var ki, gecəni gündüzə qatıb oxuyub, öz üzərində çalışırlar. Eləsidə var ki, oxuyaraq iki işdə çalışır.

Bu gün təhsilin maraqlı olan bir tərəfi də ondadır ki, kim isə valideyinin puluna güvənərək heç bir dərs oxumur, lakin imtahanda hər kəsdən yüksək  bal alaraq keçir, kim isə, bütün gününü kitabxanada keçirdir. Lakin unutmaq lazım deyil ki, bu tələbələr arasında bu fərq olsada, gələcəkdə valideyin puluna güvənib, imtahanlarda rüşvət verib keçən tələbə, sonun da həyatda heçnəyə nail olmayacaq. Digəri isə, hər zaman öz əziyyəti ilə daima çalışan, təhsil almaq üçün həyatın özü ilə mübarizə aparan, sözün əsil mənasında tələbə olan, həyatda bir şəxsiyyətə çevriləcək. Çünki o öz idealları ilə, məqsədləri ilə həyatda çətin də olsa öz gücünə addımlayır.

Tələbəlik - bəlkə də, həyatın bəxş etdiyi ən gözəl anlardan biridir. Yadımdadır ki, mən universitetə daxil olanda valideyinlərim çox sevinmişdilər. Mənim cavabım biraz gec çıxmışdı. Valideyinlərim elə bilirdilər ki, mən kəsilmişəm. Lakin ali məktəbə daxil olduğumu örgənən də, göz yaşlarını tuta bilməmişdilər. Mən özüm də sevincimdən ağlamışdım..

Çünki tələbə olmaq, sözün əsil mənasında tələbə olmaq hər kəsə qismət olmur.

Çox istərdim ki, bu gün tələbələrimiz öz öhdəliklərini başa düşsünlər. Rüşvətdən əl çəksinlər. Bəzən özüm də təəccüblənirəm ki, görəsən tələbələr başa düşmürlərmi bununla onlar özlərinə pislik edirlər?

Niyə bizə verilən bu dörd ilin qədrini bilməyib, ondan yetərincə bəhrələnməyək?

Axı ali savad almaq, öz peşəmiz sahəsində biliklərə yiyələnmək bizi gələcəyin həkimləri, memarları, müəllimləri, şəxsiyyətləri edə bilər. Çox təəssüf olsun ki, tələbələrin əksəriyyəti bunu başa düşmürlər.

Bu gün ancaq biz, tələbələr istəsək və əlimizdən gələni etsək təhsili rüşvətsiz edə bilərik. Bunu ancaq biz bacara bilərik. Çünki rüşvət təklif edən , məsz, tələbələrin özləridirlər.

Mən bir tələbə olaraq çox istərdim ki, tələbələr vicdanlı olsunlar. Çünki elə tələbələrimiz var ki, adı tələbə də olsa, öz adını belə düzgün yaza bilmir. Əslində bunda günahkar həm də valideyinlərdir. Övladları qorumaq istəyən bu valideyinlər, onları uçuruma aparırlar.

İnanıram ki, gələcək də, Azərbaycan təhsili daha da şəffav, daha da güclü olacaq. Və bizim tələbələrin səsi, dünyanın bütün ölkələrindən gələcək.

Ayşən Xəlilova
Bakı Slavyan Universiteti,
3-cü kurs tələbəsi, rus bölməsi
.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı