Modern.az

Nazirlik açıqlama yaydı: "Quba hadisələriylə bağlı həbs edilənimiz yoxdur”

Nazirlik açıqlama yaydı: "Quba hadisələriylə bağlı həbs edilənimiz yoxdur”

Aktual

28 İyun 2012, 15:49

Kənd Təsərrüfatı Nazirliyinin Quba hadisələri ilə bağlı əməkdaşının həbs edilməsi məlumatı yalan çıxdı.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nəriman Əliyev Modern.az saytına bildirib ki, onların heç bir strukturunda Gülağa Ağayev adında işçi çalışmır.

“Düzdür, 10 il əvvəl bizdə belə bir işçi olub, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib. Lakin hazırda o bizdə çalışmır, ümumiyyətlə aqrar sektorda Gülağa Ağayev adında şəxs hazırda işləmir. Ola bilsin ki, bu motiv onun əvvəlki peşə işi ilə müqayisəli şəkildə qarışdırılıb” deyə N.Əliyev vurğulayıb.

Mətbuatda Quba hadisələrinə görə Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq üzrə Quba rayon şöbəsinin müdiri Gülağa Ağayev adlı şəxsin həbs edildiyinə dair məlumat yayılıb. İddia olunur ki, onun evində axtarış aparılıb və Qubanın sabiq icra başçısı Rauf Həbibovun çıxışına, kütləvi etiraz aksiyalarına dair disklər tapılıb.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...