Modern.az

TANAP “Nabucco”nu dəfn etdi

TANAP “Nabucco”nu dəfn etdi

Current

28 İyun 2012, 16:57

Köhnə layihə tarixə qovuşur


TANAP – Trans-Anadolu qaz kəməri müqaviləsi imzalandıqdan qısa müddət sonra inşaat mərhələsinə qədəm qoydu. Halbuki eyni mahiyyətli qaz kəməri olan “Nabucco” layihəsi uzun illərdir ki, öz həllini tapa bilmir. Mütəxəssislərində “Nabucco” ilə bağlı proqnozları ürəkaçan deyil. İqtisadçıların fikrincə, TANAP-ın imzalanması “Nabucco” layihəsinin gerçəkləşməsini sual altında qoyur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan qazının Avropaya hansı marşrutla daşınmasının uzun müddət mübahisə mövzusu olduğunu deyir. Onun sözlərinə görə, burada əsasən iki xətt göstərilirdi. Onlardan biri Cənub-şərqi Avropa, yəni bp-nin təklif etdiyi marşrut, digəri isə Qərbi, yəni “Nabucco” layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya ixrac olunacaq boru xətti idi.

Mərkəz rəhbərinin sözlərinə görə, TANAP-ın imzalanması “Nabucco” layihəsini gündəmdən çıxardı: “Əgər “Nabucco” vasitəsilə qaz ixracı olmasa, deməli, bu layihə ümumiyyətlə gündəlikdən çıxacaq. Bununla da bu layihə tarixə qovuşacaq”.

“Nabucco”nun siyasi maraqlar ucbatından kağız üzərində qaldığını deyən İ. Şaban Trans-Anadolu qaz kəmərinin sırf kommersiya maraqlarından irəli gəldiyini deyir: ““Nabucco” layihəsində siyasi maraqlar ön plana çəkildiyindən bu layihə elə kağız üzərində qaldı. Ancaq TANAP layihəsinin gerçəkləşdirilməsi sırf kommersiya maraqlarından irəli gəlirdi və cəmi yeddi aya ideya şəklində reabilitasiya dövrünə qədəm qoydu. Bu da onu göstərdi ki, Avropada böhran şəraitində heç bir siyasi xarakter daşıyan layihə kommersiya cəhətdən üstün olmazsa, gündəmə gələ bilməz”.

Gültəkin Ələsgər 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı