Modern.az

Əsl tələbə necə olmalıdır?

Əsl tələbə necə olmalıdır?

Aktual

28 İyun 2012, 16:37

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Azərbaycan xalqının böyük oğlu, ulu öndərimiz, xalqımızın ümumilli lideri Heydər Əliyev tarix baxımından cismən bizdən uzaq düşsə də millətimiz üçün bu itkinin ağırlığı daha çox duyulmaqdadır. Mübahisəsiz demək olar ki, bu qüdrətli şəxsiyyət, nadir zəka sahibi yaşadığı, fəaliyyət göstərdiyi dövrün canlı əfasnəsidir. Tarixə nəzər salsaq, çox az dövlət xadimi tapmaq olar ki, öz xalqının, vətəndaşı olduğu ictimai-siyasi, sosial-iqtisadi, milli-mənəvi tərəqqisindən xidmətlərinə görə ulu öndərimiz səviyyəsinə yüksələ bilsin. Ulu öndərimiz hər tərəfli, çoxcəhətli fəaliyyətində təhsilə yetişən gənc nəslin tərbiyəsinə diqqət və qayğı mühüm yer almışdır. Heydər Əliyevin bütün həyatı, təhsil illəri, siyasi fəaliyyəti nəsillərə örnəkdir. Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intelektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis kimi yetişməsi ulu öndərimizi daim düşündürmüşdür. H.Əliyev Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşəndə söylədiyi “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır” fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir.

Hazırda bütün dünyada təhsilin humanistləşdirilməsi ideyası yeni aktuallıq kəsb edir. Əvəllər, dünyada qabaqcıl və mütərəqqi ideya sahibləri insanın azad, müstəqil, öz meyli, marağı və qabiliyyətinə görə formalaşaraq cəmiyyətdə təhriksiz yer tutmasının, tələbat və ehtiyaclarını ödəyə bilmək üçün qadağasız fəaliyyətə hazırlaşmasını bu prinsiplərin həyata keçirilməsi ilə daha sıx əlaqələndirirlər.

Ayrı-ayrı liderlər, görkəmli elm, sənət adamalrının, sərkərdələrin fəaliyyətini görməyə çalışan dahi Şeyx Nizami Gəncəvi hələ xıı əsrdə bu məsələdə humanist təhsilin böyük rolunu əks etdirmişdir. Onun əsərlərində dərin biliyə, kamil insanlığa yiyələnmək istəyən gənc ilk növbədə, belə ustadı axtarır. Əgər Çindədirsə, ora gedir, Hindnistandadırsa, ora tələsir, Yunanıstandadırsa, ora yüyürür. Öyrədən kamil deyildirsə onun öyrətdiyi insan yarımçıq oalcaq və cəmiyyəti korlayacaq- hökmünü verir.

Bu gün mən tələbəyəm. Hər bir tələbə kimi rüşvətsiz, təhsil yüksək səviyyəsi yüksək, tələbənin bilik və bacarığına qiymət verilən cəmiyyətdə yaşamaq istəyirəm. Bu həqiqətdir ki, ötən illərdə Azərbaycan universitetlərinin qabaqcıl təcrübəsinə fəal metodlardan istifadəyə yer verilsə də, interaktivliyə - tələbələrarası əməkdaşlığa və tələbə - müəllim əməkdaşlığına bu qədər geniş və çevik yanaşılmırdı, tələbələr fundamental biliklərlə yüklənirdilər, sərbəst, müstəqil fikir və düşüncəyə yiyələnə bilmirdilər. Bu gün hamı yaşamağın şablonlarına sığdığını bilir və şəxsi fəallıq mövqeyindən daha çox ümumi göstərişlərə tabeçilik duyğusu ilə yaşayır. Bu gün hüquq fakültəsində təhsil təhsil alan bir tələbə sabah bizim hüquqlarımızın təminatçısıdır. Tələbə yalnız oxumaqla, öyrənməklə kifayətlənməlidir. Müasir dövrün tələbəsi öhdəsinə düşən dərsləri öyrənməyi də bacarmalıdır. Fransada, Türkiyədə, digər ölkələrdə “Mən Azərbaycanı təmsil edirəm” deməyi də. Yəni hərtərəfli olmalıdır.

Və sonda onu qeyd etmək istərdim ki, “Gənclərimiz gələcəyimizdir” deyən H.Əliyevin həyatı, dərin düşüncəsi, zəkası, ağlı bu gün hər birimizə nümunə olmalıdır. Onun “təhsil almayan gənc həyatda lazımı yer tuta bilməz”. İndi dünya mədəniyyət dünyasıdır, intelektual dünyadır, elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq” sözlərini unutmamalıyıq.

İmanova Günay
Odlar Yurdu Universiteti

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı