Xalq şairi Vaqif Səmədoğlu kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olandan sonra belə bir məlumat yayıldı ki, indi də o, Ziyalılar Forumuna üzv olmaq üçün müraciət edib.
Modern.az-a açıqlamasında Vaqif Səmədoğlu bu məsələyə belə aydınlıq gətirdi:
“Mənim indi o yaşım deyil ki, hansısa bir forumda, ya da hansısa bir qrupda iştirak edim. Amma deyim ki, dostlarım və qələm yoldaşlarım çox gözəl bir forum hazırlayıblar və mən onlara sadəcə uğurlar arzulayıram. Həm də deyim ki, məni qonaq kimi dəvət etsələr, tədbirlərində iştirak edə bilərəm. Bu qonaq kimi getmək istəyimin də əsas səbəbi orda gedən prosesdə olmaqdı. Amma bircə şey var ki, onu mütləq qeyd etmək istəyirəm. İstərdim ki, Ziyalılar Forumu ancaq siyasətlə məşğul olmasın. Təbii ki, bu da lazımdır, amma siyasi və ictimai məsələlərlə yanaşı, təklif edərdim ki, ədəbiyyatla, tarixlə və digər sahələrlə də məşğul olsunlar“.
Moder.az