Modern.az

Deputat nazirlə görüşüb

Deputat nazirlə görüşüb

Aktual

2 İyul 2012, 12:05

Millət vəkili Qənirə Paşayeva Mərakeşin ailə, qadın və sosial inkişaf naziri Bassima Hakkaoui ilə görüşüb. Modern.az-ın verdiyi məlumata görə, Bassima Hakkaoui ilə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında görüşünü xatırladan Qənirə Paşayeva onun Azərbaycana səfər etməsindən məmnun olduğunu söyləyib.

Millət vəkili Azərbaycanın Mərakeş ilə bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında parlamentlərarası münasibətlərin daha da inkişafını vacib sayıb, Azərbaycan parlamentinin Mərakeşlə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini vurğulayıb.

Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri də Mərakeşin Azərbaycanla bütün sahələrdə, o cümlədən rəhbərlik etdiyi sahədə də münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsini, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu dilə gətirib, qarşılıqlı səfərlərin artmasını və işbirliyinin genişlənməsini vacib hesab edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı